AZ

Hindistanda daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 448 nəfərə çatıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında iyun ayından bəri daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı azı 448 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ştatın təbii fəlakətlərlə mübarizə idarəsi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətdən ən çox dağlıq Mandi və Çamba rayonları zərər çəkib. Orada 1700 yaşayış binası dağılıb və kritik infrastruktura ciddi ziyan dəyib. Nəticədə elektrik və içməli suyun verilişi uzun müddət dayandırılıb. Həmçinin iki avtomobil yolu bağlanıb ki, bu da ərazilərdə sakinlərin dərman və zəruri ləvazimatlarla təchizatını çətinləşdirir.

Davamlı musson yağışlarının Himaçal-Pradeş ştatında növbəti daşqınlara və torpaq sürüşmələrinə səbəb olacağı proqnozlaşdırılır. Ştatda musson mövsümü adətən iyunun sonundan sentyabradək davam edir.

Seçilən
3
1
azertag.az

2Mənbələr