AZ

Türkiyə ABŞ-a qarşı bir sıra əlavə rüsumları ləğv etdi

Türkiyə ABŞ-a qarşı bir sıra əlavə rüsumları ləğv etdi

Türkiyə hökuməti 2018-ci ildən ABŞ mallarına tətbiq olunan bir sıra əlavə idxal rüsumlarını ləğv edib.

AFN.az xəbər verir ki, bu barədə qərar Türkiyənin rəsmi hökumət qəzeti "Resmi Gazete"-də dərc olunub.

Ləğv edilən rüsumlar 33 məhsulu əhatə edir, o cümlədən spirtli içkilər, minik avtomobilləri, tütün və kosmetika. Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, bu qərar uğurlu və effektiv danışıqlar nəticəsində qəbul edilib. Nazirlik bildirib: “Biz ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün siyasətimizi davam etdirəcəyik, bu isə Türkiyə və ABŞ arasındakı iqtisadi əlaqələrin əsas hədəflərindən biridir.”

Qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ərəfəsində verilib. Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının tədbirlərində iştirak edəcək və 25 sentyabrda Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Ankara ABŞ mallarına əlavə rüsumları 2018-ci ildə, Trampın ilk prezidentlik dövründə tətbiq etmişdi. Bu, ABŞ-ın Türkiyədən bir sıra idxal mövqelərinə rüsumları artırmasına cavab tədbiri idi.

Seçilən
6
afn.az

1Mənbələr