BAKI, 22 sentyabr. TELEQRAF
“Gələcəkdə bu istiqamətdə bilik və bacarıqların inkişafı üçün əməkdaşlığımız mühümdür. Bu memorandumdan sonra birgə layihələrimizin sayı artacaq”.
Teleqraf xəbər verir ki, bunu Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva deyib.
O, Avropa Su İdmanı Federasiyası (EA), Azərbaycan Üzgüçülük Federasiyası (ASF), Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADAU) arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandumum bu idman növünün birgə inkişafında önəmli rol oynayacağını qeyd edib: “Bu əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. Bugünkü memorandum bizim üçün olduqca vacib hadisədir. Üzgüçülüyün gələcək inkişafı üçün bizə elmi tədqiqatlar lazımdır. Bu istiqamətdə magistr və doktorantura tələbələrimizin qrant əsasında layihələrdə iştirakı, onların birgə fəaliyyəti nəzərdə tutulur. Ən yaxın tədbir noyabrda keçiriləcək. Tədbirə 20 ölkədən 50-yə yaxın idmançının Bakıda iştirak edəcəyi gözlənilir. Həmçinin, Gənclər və İdman Nazirliyi ilə də əməkdaşlığımız davam edəcək”.