AZ

Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqinə baxıla bilər.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da.

© APA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA Anar Rzayev avtobuslar nağdsız ödəniş sistemi vahid ödəniş güzəştli gediş haqqı təqaüdçülər tələbələr sosial kateqoriyalar ictimai nəqliyyat sərnişin daşınması ödəniş mexanizmləri sürətli ödəniş təşviqi fərdi avtomobillər şəhər sıxlığı tıxac hərəkət intensivliyi mikromobillik ekoloji vəziyyət səs kirliliyi ödənişli hərəkət zonaları beynəlxalq təcrübə brifinq avtomobil nəqliyyatı tənzimləmə transport siyasəti
Seçilən
12
1
marja.az

7Mənbələr