AZ

Rusiya eskalasiyanı davam etdirərsə, ABŞ Polşa və Baltikyanı ölkələrin müdafiəsinə kömək edəcək

Rusiya eskalasiyaya qərar verərsə, ABŞ Polşanı müdafiə etməyə kömək edəcək.

Bu barədə Oxuməni.az ABŞ prezidenti Donald Trampın mətbuata verdiyi bəyanata istinadən məlumat yayıb.

Jurnalistlər Trampa sual veriblər ki, Rusiya diktatoru Vladimir Putin eskalasiyanı davam etdirərsə, ABŞ Polşa və Baltikyanı ölkələri (Latviya, Litva və Estoniya) müdafiə edəcəkmi?

"Mən bunu edəcəyəm" Amerika prezidenti dedi.

Həmçinin, Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması ilə bağlı son hadisəni şərh edən Tramp bir daha “bunu bəyənmirik” deyib.

Oxuməni.az

Seçilən
2
1
oxumeni.az

2Mənbələr