AZ

Quru sərhədlər yenə bağlı qaldı XÜSUSİ KARANTİN REJİMİ UZADILDI

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılmışdı.

Qeyd edək ki, hökumət yuxarıdakı səbəbi əsas gətirərək ölkənin quru sərhədlərini illərdir ki, bağlı saxlayır.

Amma rəsmi açıqlamalarda bu qərarın ölkənin təhlükəsizliyi ilə əsaslandırırlar.

Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti quru sərhədlərin bağlı saxlanılmasını Azərbaycanda  insan hüquqlarının pozuntusu kimi qiymətləndirib.

Ölkə pandemiya səbəbiylə quru sərhədləri bağlayan hökumət, buna baxmayaraq təyyarə biletlərinin qiymətinə nəzarət etmək istəmir.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
icma.az

1Mənbələr