ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə ana müxaluifət partiyası CHP-yə təzyiqlərin kluminasıya nöqtəsində olduğu bir ərəfədə növbədənkənar seçki çağırışları fonunda keçirilən son sorğuda maraqlı nəticə ortaya çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ASAL Araşdırma Mərkəzi 2025-ci ilin sentyabr ayında 2 min nəfərdən çox respondentə "Bu bazar günü parlament seçkiləri keçirilsəydi, hansı siyasi partiyaya səs verərdiniz?", - sualı ilə müraciət edib.
Məlumata görə, cvab verənlərin 32.6 faizi CHP deyib: "İkinci yerdə olan AKP isə 31,5 faiz səs verəcəyini deyib. Maraqlıdır ki, 3-lükdə Dövlət Baxçalının lideri olduğu MHP deyil, kürdlərin siyasi təşkilatı kimi tanınan DEM Partiyasına etimad göstrilib".
Mia.az mərkəzin sorğusundakı nəticəni olduğu kimi təqdim edir:
CHP: 32,6%
AK Partiya: 31,5%
DEM Partiyası: 9,2%
MHP: 7,9%
İYİ Partiya: 5,3%
Zəfər Partiyası: 4,5%
Yenidən Rifah Partiyası: 2,9% və s.
Samir Musayev
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.