AZ

“Azərbaycanfilm” “Kinostudiya sakinləri”ni ekranlaşdırır

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə yeni sənədli filmin çəkilişlərinə start verib.

Kulis.az xəbər verir ki, “Kinostudiya sakinləri” adlanan filmdə söhbət Azərbaycan kinosunun irsindən, kinoda izi olan, amma ekranda üzü görünməyən, onu tamaşaçıya tanıdan, sevdirən unudulmaz kino yaradıcılarından gedir.

Layihənin müəllifi Azər Quliyevin dediyinə görə, bu dəfə kinonun qəhrəmanları onu yaradanlardır: “Yəni, filmin əsas məqsədi kinoda görünməyən, amma onun kadrarxasında böyük əməyi olan insanları tamaşaçıya tanıtmaq, sənətin görünməyən tərəflərini işıqlandırmaqdır”.

Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasında aparılır. “Kinostudiya sakinləri” filmi hər kadrı ayrıca qurulmuş bədii səhnələrdən ibarət olacaq.

Filmin quruluşçu rejissoru Namiq Ağayev, ssenari müəllifi Mahir Dərvişdir.

İcraçı prodüser Tofiq Musayev, təsvir rejissoru Rüfət Süleymanov, operator Ayaz Mikayılzadə, ikinci rejissor Gülüstan Əliyeva, quruluşçu rəssam Rövşən Mehdiyevdir.

Rejissor Leyla Tofiqqızı, bəstəkar Ceyhun Əliyev, aranjıman isə Çingiz Qasımova məxsusdur.

Qeyd edək ki, yeni ekran işinin təqdimatı 2025-ci ilin sonuna nəzərdə tutulur.

"İl boyu ölənə qədər işlədikdən sonra..." - Mənasız həyəcan və təşviş düşüncəyə necə təsir edir?

Türkiyəli aktyordan gözlənilməz addım

Türkiyənin üçüncü ən böyük odeonu tapıldı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
4
kulis.az

5Mənbələr