AZ

Yurdagül Ağdoğan: Lisey yenə də gənclərin yetişməsinə töhfə verməyə davam edəcək

BAKI, 22 sentyabr. TELEQRAF

"Liseyin yeni binasının tariximizin və mədəniyyətimizin aynası olacağına inanırıq".

Teleqraf xəbər verir ki, bu sözləri Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində Bakıdakı Təhsil müşaviri Yurdagül Ağdoğan deyib.

O, tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 1993-cü ildə yaradılan lisey yalnız akademik deyil, həm də mənəvi dəyərlərə əsaslanan qardaşlıq məktəbidir:

“Bu gün burada olan hər kəs bu tarixi anın şahididir. Bu binanın bizim tariximizin və mədəniyyətimizin bir aynası olacağına inanıram. Ümid edirik ki, bura təkcə elm deyil, həm də qardaşlıq və dəyər yetişdirən bir məkan olacaq. Gənclərin yetişməsinə töhfə verməyə davam edəcək”.

Seçilən
8
teleqraf.com

1Mənbələr