AZ

Avtomobil nəqliyyatında keyfiyyətli xidmət üçün yeni sistem tətbiq olunur

Sərnişinlərə daha keyfiyyətli xidmətin göstərilməsi üçün avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti sistemi yenidən qurulur.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib.

Sədr qeyd edib ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.

"Fond müəyyən edilmiş meyarlara cavab verən avtobuslarla sərnişindaşıma xidməti göstərən daşıyıcıların müntəzəm sərnişin daşımaları sahəsində xərclərinin əvəzinin ödənilməsi üçün yaradılıb.
Müntəzəm sərnişindaşıma sahəsində daha keyfiyyətli xidmətin göstərilməsi üçün avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti sistemi yenidən qurulur. Məqsəd müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın artırılmasıdır”,- o əlavə edib.

Seçilən
1
2
ikisahil.az

3Mənbələr