AZ

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. SİA xəbər verir ki, bu əməkdaşlıq sazişi I Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.

Sazişin imzalanma mərasimində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Muhəmməd Həsən əs-Suveydi də iştirak edib.

Seçilən
7
6
sia.az

4Mənbələr