İqtisadi strukturumuz əsasən kapital ixracçısıdır və biz özəl aktorlarımızın, eləcə də dövlət şirkətlərimizin strateji əhəmiyyətli yurisdiksiyalarda mövqe tutmalarını maneə törətmirik. Çünki biz ekosistemin bir hissəsi olmaq istəyirik.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
O, bəzi razılaşmaların hər iki tərəfi nümayiş etdirdiyini və bundan çox məmnunluğunu ifadə edib.
"Bu razılaşmalar bu gün və sabah imzalanacaq", - deyə nazir qeyd edib.