AZ

Prokurorluq institutu hüquqi dövlətin möhkəmlənməsinə və cəmiyyətin demokratik inkişafına mühüm xidmət göstərir - Kamran Əliyev

Bakı. Trend:

Azərbaycan Prokurorluğu yüz ildən artıq bir tarixə malikdir.Çətin və mürəkkəb sınaqlarla zəngin bu şərəfli və məsuliyyətlitarixi yolda prokurorluq institutu bir neçə inkişaf mərhələsindənkeçib.

Trend xəbərverir ki, bunu Azərbaycan Baş prpkuroru Kamran Əliyev “Suverenliyinkeşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusundabeynəlxalq konfransda çıxışı zamanı deyib.

Baş prokuror vurğulayıb ki, müstəqil Azərbaycanın ilkKonstitusiyası milli prokurorluq orqanlarının dövlətin vəcəmiyyətin həyatında yeri və roluna da yeni baxış gətirib.

K.Əliyevin sözlərinə görə, prokurorluq məhkəmə hakimiyyətinə aidedilsə də, Əsas Qanun prokurorluğun müstəqilliyini təsbit edib:

“Konstitusiya və sahəvi qanunlarla prokurorluq dövlətin vəcəmiyyətin mənafeyini müdafiə edən ali orqan kimi müəyyənedilib.

Prokurorluğun Azərbaycan Konstitusiyasında müəyyən edilənstatusu qanunun aliliyinin təmin olunması, insan və vətəndaşhüquqlarının müdafiəsi, dövlətin və cəmiyyətin maraqlarınınqorunması sahəsində müstəqil və obyektiv fəaliyyət göstərməsinətəminat verir.

Prokurorluq institutu həm hüquqi dövlətin möhkəmlənməsinə, həmdə cəmiyyətimizin demokratik inkişafına mühüm xidmət göstərir”.

O çıxışının sonunda qeyd edib ki, bu konfrans qarşılıqlı əlaqələrindaha da inkişaf etdirilməsinə xidmət edəcək.

Seçilən
0
8
az.trend.az

9Mənbələr