AZ

Əl-Şaraa BMT Baş Assambleyasına qatılan ilk Suriya prezidenti olacaq

Suriya Prezidenti Əhməd əl-Şaraa Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sentyabrın 23-dən 29-dək Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə gedib.

Operativ Media xəbər verir ki, bu barədə "Sana" agentliyi məlumat yayıb.

Əl-Şaraa 1967-ci ildə vəzifəyə başlayan Prezident Nurəddin əl-Atasidən sonra Baş Assambleyada çıxış edən ilk Suriya dövlət başçısı olacaq.

Seçilən
1
operativmedia.az

1Mənbələr