AZ

Qazaxıstan Prezidenti BMT-nin gələcəyi ilə bağlı istiqamətləri açıqlayacaq

BAKI, 22 sentyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında BMT-nin gələcəyi ilə bağlı istiqamətləri açıqlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Ömərov məlumat verib.

“Prezidentin müraciətində ölkənin əsas prioritetləri açıqlanacaq, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, nüvə silahlarından imtina və onların yayılmaması, davamlı inkişaf, iqlim və su təhlükəsizliyi, rəqəmsal transformasiya və inklüziv cəmiyyətin qurulmasına dair qlobal gündəlik irəli sürüləcək. Bundan əlavə, prezident BMT-nin gələcəyi ilə bağlı vahid baxış təqdim edəcək və Qazaxıstanın konkret həll yolları təklif edə bilən məsuliyyətli orta güc kimi rolunu vurğulayacaq”, - ölkə rəsmisi bildirib.

Seçilən
11
teleqraf.com

1Mənbələr