Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk parlament seçkiləri oktyabrın 5-də keçiriləcək.Turkustan.az xəbər verir ki, Suriyada Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkilərinin tarixi dəqiqləşib. Xalq Məclisinin Seçkilər üzrə Ali Komitəsi Suriya prezidenti Əhməd əl-Şaranın rəhbərliyi altında ilk parlament seçkilərinin oktyabrın 5-də keçiriləcəyini açıqlayıb.Suriya Xalq Məclisinin Seçkiləri Ali Komitəsinin sədri Məhəmməd Taha Əl-Əhməd əvvəlki açıqlamasında parlament seçkilərinin 15-20 sentyabr tarixləri arasında keçirilməsinin planlaşdırıldığını və qadın namizədlərin faizinin ən azı 20 faizə çatacağını gözlədiklərini bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.