AZ

Çin suni intellekti su altına endirir – SUALTI QAYIQLAR ÜÇÜN BAŞARISI

Çin sualtı qayıqlarla mübarizə üçün suni intellektin imkanlarından istifadə etmək istəyir.

Herbiand.az xəbər verir ki, “South China Morning Post” qəzetində bu yaxınlarda dərc olunmuş məqalə ekspertlər tərəfindən məhz belə yozulub.

Honq-Konqda yerləşən nəşr, Çin tədqiqatçılarının süni intellekt ilə təchiz edilmiş qabaqcıl anti-sualtı müharibəsi (ASW) sistemini inkişaf etdirdiklərini, bu da sualtı qayıqların dəniz münaqişəsində sağ qalma şansını cəmi 5%-ə qədər olacağını bildiri.

Nəşr xəbər verir ki, avqust ayında Çin Helikopter Tədqiqat və İnkişaf İnstitutunun baş mühəndisi Menq Haonun rəhbərlik etdiyi alimlər qrupu bu mövzuda apardıqları işlərin nəticələrini ixtisaslaşdırılmış “Electronics Optics & Control” jurnalında dərc edib. Bildirilir ki, ASW sualtı mühitin dinamik xəritəsini yaratmaq və hətta ən gizli sualtı qayıqları aşkar etmək üçün sualtı sensorlar və radarlardan, eləcə də suyun temperaturu və duzluluğu kimi okeanoqrafik parametrlərdən real vaxt rejimində istifadə edir.

Bundan əlavə, suni intellekt hətta sualtı ziqzaq manevrləri, yalancı hədəflərin yerləşdirilməsi və ya dronların istifadəsi kimi sübut edilmiş əks tədbirlərə də çevik şəkildə cavab verə bilər.

Kompüter simulyasiyalarına görə, ASW təqribən 95% hallarda hədəfləri uğurla aşkarlaya bilib.

Bu nəticə kamuflyaj və müdafiə üsullarının effektivliyini şübhə altına alır.

Seçilən
14
herbiand.az

1Mənbələr