AZ

Alim Qasımov və digər məşhurlar “Nəsimi” kompozisiyası ilə Şamaxıda çıxış edəcək (VİDEO)

Bakı. Trend:

İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın vəyeni quruluşda “Nəsimi dastanı” baletinin son məşqləri gedir.

Trend xəbər verir ki,sentyabrın 24-də Nəsimi fesitvalı çərçivəsində Şamaxıdakı NəsimiBağları Kompleksində təqdim ediləcək bədii proqramda ilk əvvəlF.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblınıntəqdimatında “Sufi” rəqsi nümayiş olunacaq.

Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoşgəldin” deyəcək.

Tanınmış müğənni Çingiz Mustafayev və türkiyəli yazar, musiqiçiHakan Mengüçun ifasında “Qafil, oyan” səslənəcək.

Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritmqrupu, tanınmış müğənni AISEL, əməkdar artist Elnur Mikayılov(kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrınınSimfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatındaisə “Dönməzəm” dinləniləcək.

Bədii proqram dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri -“Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi ilə başaçatacaq. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrınınSimfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasındanümayiş olunacaq.

Bu təqdimatı özünəməxsus edən isə Şamaxıda yeni ucaldılanmöhtəşəm Nəsimi abidəsinin onündə baş tutması olacaq.

Builki Nəsimi festivalılı 23-25 sentyabr tarixlərində HeydərƏliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nuntərəfdaşlığı ilə keçiriləcək.

Məqalədə:
Seçilən
1
10
az.trend.az

10Mənbələr