AZ

Eynşteynin nisbilik nəzəriyyəsinə dair əlyazma layihəsi hərraca çıxarılıb

Ensiklopediya üçün yazılmış Albert Eynşteynin əlyazma məqaləsinin qaralama variantı hərracda təxminən 200 min dollara satıla bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Popular Science" məlumat yayıb.

Altı səhifədən ibarət alman dilində yazılmış əlyazma “Nisbi nəzəriyyənin mahiyyəti” adlanır. 1947–1948-ci illərdə qələmə alınmış bu məqalə yarımçıq qalıb. Daha sonra ingilis dilinə tərcümə edilərək 1948-ci ildə "The American Peoples Encyclopedia"nın müvafiq bölməsində dərc olunub.

Sənəddə Eynşteynin əlilə çəkilmiş sxemlər və tənliklər yer alıb. Onların vasitəsilə o, nisbi nəzəriyyəni həm xüsusi, həm də ümumi variantlarda sadə və anlaşılan şəkildə izah etməyə çalışıb. Lakin əlyazma tamamlanmayıb.

Hərracı "Remarkable Rarities" hərrac evi təşkil edir. Satış ABŞ-ın şərq vaxtı ilə günorta saatlarında başlayacaq. Bu nadir lotun ilkin qiymətləndirilməsi təxminən 200 min dollar təşkil edir.

Seçilən
3
operativmedia.az

1Mənbələr