AZ

Ferstappenin nənəsi nəvəsinin Bakıdakı qələbəsindən sonra kövrəlib FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Formula-1" üzrə Azərbaycan Qran-prisində Maks Ferstappenin qələbəsi emosional anla yadda qalıb.

İdman.biz "Viaplay" televiziya kanalına istinadən xəbər verir ki, “Red Bull” pilotunun nənəsi nəvəsinin uğurunu izləyərkən göz yaşlarını saxlaya bilməyib.

O, podium mərasimində Ferstappenin təbrikləri qəbul etməsini izləyib və duyğulanaraq kövrəlib.

“Əlbəttə, bunu gördüm. Ailənin orada olması xoş idi, çünki onları tez-tez görə bilmirəm. Üstəlik, bu həftəsonu onun ad gününü də birlikdə qeyd etdik. Bu, möhtəşəm idi”, – Ferstappen açıqlamasında bildirib.

Xatırladaq ki, podiumda niderlandlı pilotla yanaşı, “Mercedes”dən Corc Rassell və “Williams”ın sürücüsü Karlos Sains də yer alıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
icma.az

2Mənbələr