1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, mötəbər yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.
Xatırladaq ki, yığmanın tərkibində Ülvi Qənizadə (72 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıb.


