"Fənərbağça" futbol klubunun yeni prezidenti bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Sadəttin Saran seçilib.
O, 12.325 səslə birinci olub.
"Fənərbağça"nın son prezidenti Ali Koç isə 12.068 səs toplayıb.