Ukrayna ordusunun Krıma hücumu nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hücum nəticəsində, ilkin məlumata görə, iki mülki şəxs həlak olub, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.
***
23:02
Krımda Ukrayna ordusunun hücumu nəticəsində 15 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Krıma hazırda rəhbərlik edən Sergey Aksyonov öz “Telegram” kanalında məlumat verib.
O hadisə zamanı ölənlərin də olduğunu bildirib. Onların sayı dəqiqləşdirilir.
"Yaralananlar və ölənlər var. Hazırda yaralıların sayı təxminən 15 nəfərdir, ölənlərin sayı dəqiqləşdirilir", - o yazıb.
Aksyonov həmçinin “Foros” sanatoriyasının ərazisində bir neçə bina və qəsəbədə yerləşən məktəb binasına ziyan dəydiyini bildirib.