Yunanıstan, Bolqarıstan, Rumıniya və Xorvatiyanın idman mətbuatı Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisini diqqət mərkəzində saxlayıb.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat orqanları Maks Ferstappenin qələbəsini xüsusi vurğulayıblar.
Yunanıstan mediasının xəbərinə görə, Ferstappenin ardıcıl ikinci uğuru çempionatda mübarizəni daha da gərginləşdirib. Yazılarda “Red Bull”un güclü strategiyası, “McLaren”in ciddi xal itkisi və podiuma qayıdan sürücülər xüsusi qeyd olunur
Bolqarıstan agentlikləri yarışın statistikasını oxuculara çatdırıb.
Rumıniya mediası yarışı “lider üçün kabus həftəsonu” kimi qiymətləndirib. Yazılarda Piastrinin erkən səhvi və bunun “McLaren” üçün ağır nəticələri önə çıxarılır.
Xorvatiya idman mətbuatı isə qəza anını və Ferstappenin fürsətdən maksimum yararlanaraq inamla finişə çatmasını təsvir edib.
Həmçinin Bakı şəhər halqasındakı yarış həm tamaşaçı baxımından maraqlı, həm də çempionat üçün həlledici məqam kimi xarakterizə olunub. Ferstappenin üstünlüyü, “Mercedes”in sabit tempi, “Williams” üçün tarixi podium və “McLaren”in itirdiyi xal bazası mövsümün qalan hissəsində gərginliyi daha da artıracaq əsas amillər kimi dəyərləndirilib.