Portuqaliya da müstəqil Fələstin dövlətini tanıyıb.
Musavat.com xəbər verir ki, məlumatı Portuqaliyanın xarici işlər naziri Paulo Rangelin bəyanatına istinadən yerli SIC Notícias telekanalı yayıb.
Məlumatda qeyd olunur ki, Lissabon Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin tərəfdarıdır.
Qeyd edək ki, bu gün Böyük Britaniya, Kanada və Avstraliya da eyni addımı atıblar.
Musavat.com