ABŞ prezidenti Donald Tramp güllələnərək qətlə yetirilən tərəfdaşı Çarli Kirkin anım mərasiminə qatılmaq üçün Arizonaya gedib.
Bakıvaxtı.az xəbər verir ki, onun təyyarəsi mərasimin keçirildiyi stadionun yaxınlığındakı Luka Hərbi Hava Qüvvələri bazasına enib.
Bundan əvvəl amerikalı sahibkar İlon Mask Kirkin dəfn mərasiminin keçiriləcəyi stadiondan video yayımlamışdı.