AZ

Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb, beş nəfər xəsarət alıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 21 sentyabr, AZƏRTAC

Almaniyanın Türingiya əyalətinin Niederdorla qəsəbəsində sürücü avtomobili xalq şənliyində iştirak edən insanların üzərinə sürüb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, nəticədə beş nəfər xəsarət alıb.

Hadisəni törədən 41 yaşlı sürücü ərazidən uzaqlaşmağa cəhd göstərsə də polisin keçirdiyi axtarış tədbirləri nəticəsində saxlanılıb.

İnsidentin siyasi motivlərlə bağlı əlaqəsinə dair hər hansı sübut aşkarlanmayıb. Həmin şəxs hadisədən bir qədər əvvəl avtomobili təhlükəli sürdüyü üçün diqqəti cəlb edib. Polisin saxlamaqla bağlı əmrinə tabe olmayan sürücü bir neçə dəqiqə sonra avtomobili insanların üzərinə sürüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
5
azertag.az

6Mənbələr