AZ

“Fənərbağça”nın yeni prezidenti bilindi - Ali Koç dönəmi bitdi

BAKI, 21 sentyabr. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubunda növbədənkənar prezident seçkiləri keçirilib.

Teleqraf xəbər verir ki, səsvermədə ümumilikdə 24 min 800 nəfər iştirak edib.

Səsvermə nəticəsində Sadettin Saran İstanbul təmsilçisinin yeni prezidenti olub.

Hazırkı prezidenti Ali Koç 12068, Saran isə 12325 səs toplayıb.

Qeyd edək ki, Ali Koç 2018-ci ildən “Fənərbağça” İdman Klubunun prezidenti idi.

Seçilən
21
8
teleqraf.com

10Mənbələr