AZ

Mahmud Abbas: Britaniyanın Fələstini tanıması sülh yolunda mühüm addımdır

Fələstin Milli Administrasiyasının (FMA) sədri Mahmud Abbas Böyük Britaniyanın Fələstin dövlətçiliyinin tanınması ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə sadiqliyini təsdiqləyib.

Bu barədə FMA lideri Dəftərxanasının WAFA xəbər agentliyi tərəfindən dərc etdiyi bəyanatında deyilir.

Bəyanata görə, Abbas Böyük Britaniyanın müstəqil Fələstin Dövlətini tanımasını təqdir edib, bunu ədalətli və davamlı sülhə nail olmaq yolunda mühüm addım adlandırıb.

"Prezident Böyük Britaniyaya səfəri və Baş nazir Kir Starmer ilə görüşü zamanı həyata keçirilən islahatlara və öhdəliklərə sadiqliyini bir daha təsdiqləyib", - bəyanatda vurğulanır.

Abbas bildirib ki, hazırkı prioritet Qəzza zolağında atəşkəs, humanitar yardımların çatdırılmasına başlanması, bütün girov və əsirlərin azad edilməsi, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması və bərpa prosesinin başlanmasıdır.

Qeyd edək ki, Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini tanıyıb.

"Cebheinfo.az"

Seçilən
6
8
cebheinfo.az

10Mənbələr