AZ

Liqa 1: “Marsel” – “PSJ” oyunu təxirə salındı - SƏBƏB

Fransada Liqa 1-in V turu çərçivəsində “Marsel” – “PSJ” qarşılaşması baş tutmayıb.

İdman.biz xəbər verir ki, buna səbəb gözlənilən pis hava şəraiti olub.

Liqa 1-in mətbuat xidməti matçın daha sonrakı tarixə keçirildiyini təsdiqləyib. Bildirilib ki, güclü yağışların yağması səbəbindən oyunun vaxtı dəyişdirilib.

Xatırladaq ki, əvvəlki turda “Marsel” “Loryan”ı 4:0 hesabı ilə məğlub edib, “PSJ” isə “Lans” üzərində 2:0 hesablı qələbə qazanıb.

İdman.biz

Seçilən
20
1
idman.biz

2Mənbələr