AZ

İsrail Ordusu quru bölmələrini Qəzzaya yerləşdirməyə BAŞLADI

İsrail Ordusunun 36-cı diviziyası iki həftəlik intensiv hazırlıqdan sonra Qəzza şəhərinə quru bölmələri yerləşdirməyə başlayıb.

Turkustan.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Odusunun mətbut xidməti xəbər yayıb.

"36-cı diviziyanın qoşunları genişlənmiş döyüş əməliyyatları üçün təxminən iki həftəlik intensiv hazırlıqdan sonra "Gideon arabaları -2" əməliyyatı çərçivəsində Qəzza şəhərinə daxil olmağa başlayıb", - bəyanatda deyilir.

Qeyd olunur ki, son günlər Qəzza zolağında döyüş zonasını ayırmaq və quru qoşunlarının əraziyə daxil olmasına imkan verilməsi üçün onlarla terror obyektinə hücum edilib.

"İsrail mülki vətəndaşlarını qorumaq üçün ordu lazım gəldikdə Qəzza zolağında fəaliyyətini davam etdirəcək", - qurum vurğulayıb./Bakıvaxtı.az/

Seçilən
32
7
turkustan.az

8Mənbələr