AZ

Maştağada kanala çirkab daşıyan sürücülərlə bağlı tədbirlər görülür?VİDEO

Maşındakı çirkab qəsəbənin içərisindən keçən və texniki məqsədlər üçün istifadə edilən su kanalına boşaldılır.

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində alınıb.

Sakinlərin sözlərinə görə, bu cür hadisə dəfələrlə təkrarlanıb. Evlərin yaxınlığına boşaldılan çirakabın üfunətindən pəncərələri aça bilmirlər.

Onlar bildirir ki, kanala tullantı sularını axıdan maşınlar sayı az deyil. Hər dəfə müxtəlif qeydiyyat nişanlı maşınlar kanalizasiya sularını kanala axıdır.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, qurumlarla birlikdə mütəmadi olaraq reydlər keçirilir. Reyd zamanı saxlanılan çirkab su daşıyan avtomobillərin sahiblərinə inzibati qaydada cərimə tətbiq edilməsi üçün yol polisinə məlumat verilir.

Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd edildi ki, bu cür hallara görə cərimələnən sürücülər var. Onlar barəsində su hövzələrinin çirkləndirilməsinə görə 600 manatdan 1000 manatadək cərimə nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
5
xezerxeber.az

1Mənbələr