AZ

İranın xarici işlər naziri Nyu-Yorka səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 80- ci sessiyasında iştirak etmək üçün Nyu -Yorka səfər edib.

Teleqraf xəbər verir ki, Əraqçi sessiyada İran prezidenti Məsud Pezeşkianı müşayiət edəcək. Diplomat xarici həmkarları ilə də bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlər və Yaxın Şərqi müzakirə edəcək.

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-cı sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka uçacaq. Pezeşkianın burada digər dövlət başçıları və BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüşləri də planlaşdırılır.

BMT Baş Assambleyası sessiyasında yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr 23-27 sentyabr, həmçinin 29 sentyabr tarixlərində keçiriləcək.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr