6 ildən sonra Çinə səfər etdilər
Bir qrup ABŞ qanunvericisi ABŞ-Çin münasibətlərini daha da sabitləşdirmək üçün Pekinə gedib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, nümayəndə heyətinə ABŞ-nin Demokratlar Partiyasının nümayəndəsi Adam Smit rəhbərlik edir.
Amerikalı qanunvericilər Çinin Baş naziri Li Qian ilə görüşüblər. Onlar ikili əməkdaşlığın intensivləşdirilməsi və Vaşinqtonla Pekin arasındakı “buzları qırmağın zəruriliyi”ni müzakirə ediblər.