AZ

Bu karqo Türkiyədən sifariş edilən uşaq bezini 20 gündür sahibinə çatdırmırVİDEO

"Uşaq üçün Türkiyədən bez, yemək sifariş vermişik, ancaq 20 gündür ki, məhsul hava limanında qalıb. Bu gün gələcək, sabah gələcək adı ilə karqo şirkəti məhsulu çatdırmır."

Bunu "Xəzər Xəbər"ə müraciət edən vətəndaş bildirib. O, qeyd edib ki, bu məsələyə görə "Sürət kargo"dan şikayətlər kifayət qədər çoxdur.

Karqo şirkətinin rəsmi "instagram" səhifəsində yazılan rəylərdə də istifadəçilər bu cür şikayətlərinin dilə gətiriblər. Onların sözlərinə görə, əvvəllki günlərdə sözügedən şirkətə zəng etdikdə deyilirdi ki, bağlamalar hissəli şəkildə hava limanına təqdim olunur, tezliklə təhvil anbarına çatıdırılacaq. İndi isə ya telefona cavab vermirlər, ya da deyirlər ki, təyyarələr məhsulları qəbul etmir, sıxlıq var.

"Xəzər Xəbər" olaraq biz də "Sürət karqo" şirkəti ilə əlaqə saxlamaq istədik. Lakin qeyri-iş günü olduğu üçün cəhdlərimiz baş tutmadı.

Biznes eksperti Rafiq Hunaltay isə bildirir ki, belə vəziyyətdə şirkətin üzərinə böyük məsuliyyət düşür.

Ekspert deyir ki, faktiki gecikmə halı varsa, şirkət bunu inkar etməməli, mütləq müştəriyə gecikmə ilə bağlı real vəziyyəti izah etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
7
xezerxeber.az

1Mənbələr