AZ

Elmar Baxşıyev: "Qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı oynamaq çətindir"

"Ağır məğlubiyyət oldu. Komanda olaraq, qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Qol epizodlarına da girdik. Amma qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı oynamaq çətindir. Danışılası çox şey yoxdur. Bu ağır məğlubiyyəti unudub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır".

İdman.biz xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 5-ci turunun "Qarabağ"a qarşı keçirilmiş oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis oyundakı qırmızı vərəqə epizoduna münasibət bildirib: "Qınanılacaq epizod da yoxdur. Əliyar Ağayevin qərarı ağır idi. Penalti verirsən, rəqibi azlıqda saxlayırsan... Ağır qərar oldu. Qırmızı vərəqə göstərmədən, penalti təyin edə bilərdi. Bəli, penalti var idi".

Elmar Baxşıyev bildirib ki, fərdi səhvləri çox edirlər: "Bu səhvlərin nəticəsində qapımızda qollar görürük. Oyuna yaxşı başlasaq da, qırmızı vərəqədən sonra oyun ritmindən düşdük. Rəqibin usta futbolçuları məharətlə yararlandılar".

Baş məşqçi Ramon Maçadonun durumuna da aydınlıq gətirib: "Ramon bizim üçün önəmli futbolçudur. Bizim üçün önəmli futbolçudur. Amma uzana-uzana gedir. Ümid edirik ki, tez bir zamanda qayıdar. Məşqlərə başlayıb. Amma fərdi məşqlər edir. Yəqin tam hazır olmalıdır ki, kollektivə qoşulsun. Dizin arxasında olan əzələsində problem var. Təlim-məşq toplanışında zədələnmişdi".

İdman.biz

Seçilən
8
4
idman.biz

5Mənbələr