1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"İsrail bütün forumlarda, o cümlədən BMT-də Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq".
Oxu.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.
Baş nazir gələn həftənin ortalarında ABŞ-yə gedəcəyini, orada BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcəyini və ABŞ Prezidenti Donald Trampla görüşəcəyini də təsdiqləyib.
"BMT-də mən həqiqəti təqdim edəcəyəm. Bu, İsrailin həqiqətidir, eyni zamanda, şər qüvvələrə qarşı ədalətli mübarizəmizlə bağlı obyektiv həqiqətdir. Mən də gücdən doğan sülhə, həqiqi sülhə baxışımızı təqdim edəcəyəm", - o deyib.
Xatırladaq ki, sentyabrın 21-də Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətçiliyini tanıyıb.