AZ

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi

Misli Premyer Liqasının V turunda keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” oyunu Ağdam təmsilçisinin böyük üstünlüyü ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşmada “Qarabağ” rəqibini 5:0 hesabı ilə məğlub edib.

Qələbədə əsas pay sahibi Toral Bayramov olub. O, 4-cü, 28-ci (penalti) və 65-ci (penalti) dəqiqələrdə het-trikə imza atıb. Digər qolları isə Musa Qurbanlı (52-ci dəqiqə) və Kris Kuaku (85-ci dəqiqə) vurublar.

Bu nəticə ilə Qurban Qurbanovun komandası xalını 7-yə yüksəldərək turnir cədvəlində 5-ci pilləyə qalxıb. “Araz-Naxçıvan” isə 10 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunlarında “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Zirə” “Şamaxı”nı 2:1, “Sabah” isə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr