AZ

Rusiyanın təyyarəsi Almaniya sərhədinə yaxınlaşdı: NATO qırıcıları havaya qalxdı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyaya məxsus İL-20M tipli kəşfiyyat təyyarəsi Baltik dənizi üzərində Almaniya hava məkanına yaxın ərazidə müşahidə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, hadisədən dərhal sonra NATO Hərbi Hava Qüvvələri reaksiya verərək iki qırıcısını havaya qaldırıb. Alyans təyyarələri Rusiya təyyarəsini müşayiət edərək bölgəni tərk etməsinə nəzarət edib.

Qeyd edək ki, İL-20M radio-elektron kəşfiyyat və nəzarət missiyaları üçün istifadə olunan xüsusi hərbi təyyarədir. Baltik üzərində bu tip uçuşların tez-tez baş verməsi NATO ilə Rusiya arasında gərginliyi artırır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
globalinfo.az

2Mənbələr