AZ

Zidanın oğlu futbol vətəndaşlığını dəyişdi

“Qranada”nın qapıçısı Luka Zidan rəsmi olaraq idman vətəndaşlığını dəyişib.

İdman.biz FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra o, Əlcəzair millisinin formasını geyinəcək.

Mövsümün əvvəlindən Luka Zidan “Qranada”nın heyətində 4 oyun keçirib və 10 qol buraxıb. O, Fransa millisində çıxış etmədiyi üçün futbol vətəndaşlığını dəyişmək hüququna sahib olub və beynəlxalq karyerasını Əlcəzair yığmasında davam etdirəcək.

Qeyd edək ki, Luka əfsanəvi yarımmüdafiəçi Zinəddin Zidanın oğludur. Atası kimi o da həm Fransa, həm də Əlcəzair vətəndaşlığına sahibdir. Zidanın valideynləri 1953-cü ildə Əlcəzairdən Fransaya köçüblər.

İdman.biz

Seçilən
3
idman.biz

1Mənbələr