AZ

MPL: "Qarabağ" "Araz-Naxçıvan"a 5 qolla qalib gəldi

Bu gün Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.

İki sahil”in məlumatına görə, yarışın 4-cü dəqiqəsində Toral Bayramov hesabı açıb. O, 27-ci dəqiqədə Slavik Alxasovun qırmızı vərəqə aldığı oyunun 28-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək özünün və “Qarabağın ikinci qolunun müəllifi olub. 53-cü dəqiqədə isə Musa Qurbanlı topu “Araz-Naxçıvan”ın qapısından keçirib – 0-3.

Qarşılaşmanın 65-ci dəqiqəsində növbəti dəfə penaltini dəqiq yerinə yetirən Toral Bayramov ağdamlıların üstünlüyünü 4 topa yüksəldib. Yarışda son nöqtəni 85-ci dəqiqədə Kris Kuaku qoyub – 0-5.

Misli Premyer Liqası,

5-ci tur

21 sentyabr

17:00. “Araz-Naxçıvan” 0–5 “Qarabağ”

Qollar: Toral Bayramov, 4 (0-1), Toral Bayramov, 28 – pen; (0-2) Musa Qurbanlı, 53 (0-3), Toral Bayramov, 65 (0-4), Kris Kuaku, 85 (0-5)

Qırmızı vərəqə: Slavik Alxasov, 27 ("Araz-Naxçıvan")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Kamran Əliyev

Liv Bona Dea Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
23
ikisahil.az

1Mənbələr