Avstraliya Fələstin dövlətçiliyini rəsmən tanıyıb.
Ucnoqta.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese bu barədə sentyabrın 21-də sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Bu gündən, 21 sentyabr 2025-ci il bazar günündən etibarən Avstraliya Birliyi müstəqil və suveren Fələstin Dövlətini rəsmi olaraq tanıyacaq", - Albanesenin dərc etdiyi bəyanatda deyilir.
Qeyd olunur ki, Avstraliyanın Fələstini tanıması Kanada və Böyük Britaniya ilə birlikdə koordinasiya edilmiş beynəlxalq səylərin bir hissəsidir.