Azərbaycan Qran-prisində üçüncü yerə çıxan “Williams” pilotu Karlos Sains podium haqda fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, o bildirib ki, Bakı podiumu onun karyerasında xüsusi yer tutur.
“Bu, karyeramın ən yaxşı podiumudur. Təsəvvür edə bilməzsiniz, nə qədər şirindir və əmin olun, bu, sonuncusu olmayacaq”, – deyə Sains əlavə edib.
Xatırladaq ki, 2025-ci il Azərbaycan Qran-prisinin qalibi Maks Ferstappen olub, ikinci yeri isə “Mercedes” pilotu Corc Rassel tutub.
İdman.biz