AZ

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb, Maks Ferstappen qalib gəlib

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.

 

Pravda.az xəbər verir ki, mübarizə saat 15:00-da başlayıb.

 

Yarışı "Red Bull" pilotu Maks Ferstappen lider tamamlayıb. Bu, onun ikinci Bakı çempionluğu olub. Pilot ilk dəfə 2022-ci ildə Azərbaycanda qalib adına yiyələnib.

 

Niderlandlı pilotu "Mercedes"dən Corc Rassell və "Uilyams"dan Karlos Sayns izləyib.

Tarix: 21 Sentyabr 2025, 17:02   
Seçilən
1
5
pravda.az

7Mənbələr