AZ

Estoniya BMT TŞ nin təcili iclasını tələb etdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Estoniya Rusiya hərbi təyyarələrinin hava məkanını pozmasından sonra ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.

Məlumata görə, iclas 22 sentyabrda baş tutacaq. Bu, Estoniyanın 34 illik BMT üzvlüyü ərzində ilk belə müraciətidir.

“Hava məkanımızın bu cür həyasızcasına pozulması ilə Rusiya BMT-nin bütün üzvlərinin təhlükəsizliyi üçün mühüm olan prinsipləri sarsıdır. Ona görə də vacibdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya bu cür pozuntuları həmin orqanda müzakirə etsin”, - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
107
2
axar.az

3Mənbələr