AZ

“Hav Hav Hav” deyən reperdən Mustafa Sandala ŞOK SÖZLƏR

Müğənni Mustafa Sandal ilə gənc reper Lvbel C5 arasındakı gərginlik getdikcə artır.

Yenisabah.az-ınTürkiyə mətbuatına istinadla xəbərinə görə, reper Sandala sərt cavab verib:

“Köhnələr turşuya döndüklərinə görə əsəbiləşirlər. Hamı bizə yaxınlaşmağa çalışır. Gənclər bizi sevir. Xeyr, dostum, sənin şansın yoxdur. Sən köhnəlmisən. Çəkil kənara!” Dördpendirli pizza

Mustafa Sandal bir müddət əvvəl Lvbel C5-in “Hav Hav Hav” adlı mahnısına eyham vurmuşdu. O, “Bir ara düşündüm ki, “Miyav Miyav” adlı bir mahnı yazım. Sonra öz-özümə dedim: “Sən Mustafa Sandalsan””.

Bu sözlərə biganə qalmayan Lvbel C5 isə “Onun elə bir effekt gətirməsi çox çətindir. Premium üzvlüyü varsa, “Spotify”a baxsın, kimlər dinləyir görsün. Yoxdursa, mən kömək edə bilərəm. Amma ona heç vaxt mahnı vermərəm” deyərək Sandala cavab qaytarmışdı.

Səhnə zarafatları ilə başlayan atışma sosial mediaya daşınıb və “Pembe Yalanlar” proqramında yeni mərhələyə çatıb. Mustafa Sandalın məşhur “Onun arabası var, güzel mi güzel” mahnısına işarə edən Lvbel C5, “Sən “Onlar arxadan hürürlər” deyərək kiməsə söz atırsan. Nə danışırsan sən? Mənim maşınım var, həm də gözəl maşın, gəl səni gəzdirim. Bu, boş-boş söhbətdir” deyə etirazını bildirib.

Lvbel C5-in bu açıqlamaları qısa zamanda sosial şəbəkələrdə gündəm olub. İzləyicilərin bir qismi onu “çox açıq sözlü” adlandırsa da, digərləri bu fikirləri “hörmətsizlik” kimi dəyərləndirib. (Musavat)

 


Telegram kanalımız
Seçilən
3
3
yenisabah.az

4Mənbələr