AZ

Ceyms Vauls: “Bakıdakı sıralama turu ömrümün 3 ilini aldı”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu azarkeşlərə çoxlu emosiyalar yaşatdı və komandalar üçün ciddi sınaq oldu".

İdman.biz xəbər verir ki, bunu “Williams” komandasının rəhbəri Ceyms Vauls bildirib.

O, Bakı trekində gərginliyin misilsiz olduğunu deyib: “Bu gün yağış yağdı ya yox, demək çətindir, amma bir çox kameraların görüntüsünə baxanda, yenə də çiskin yağıb. Son on gündə komandanın işindən çox razı qaldım. Əvvəllər sıralama turlarında yaxşı çıxış etmirdiksə, bu həftəsonu təkərlərlə bağlı tapşırıqları dərhal həll edə bildik. Sürətli maşın Karlos Sainsin əla nəticə göstərməsinə imkan verdi.

Ceyms əlavə edib ki, sıralama turu mürəkkəb şərait səbəbindən altı dəfə qırmızı bayraqla dayandırılıb və bu, gərginliyi daha da artırıb: “Məncə, bu sıralama turu mənim üç il ömrümü aldı! Xüsusilə ən yumşaq C6 tərkibli təkərlərlə işləmək asan deyildi, çünki səhvlərə yer yoxdur. Amma yaxşı xəbər budur ki, maşın sürətlidir və Karlosun iki dəst Hard təkərləri var. Sabahkı yarış isə çox proqnozlaşdırılmayandır: həm təhlükəsizlik maşınları, həm də qırmızı bayraqlar olacaq”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr