AZ

“Qarabağ”da ciddi itkilər, “Araz Naxçıvan” rahatdır 

Misli Premyer Liqasının V turunda “Araz Naxçıvan” “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Naxçıvan klubunda Ramon Maçado zədə səbəbindən bu matçda çıxış edə bilməyəcək.

“Qarabağ”da isə oyun öncəsi ciddi itkilər var. Zədəli Marko Yankoviç, Nəriman Axundzadə və Coni Montiel görüşü kənardan izləyəcək.

“Araz Naxçıvan” – “Qarabağ” matçı bu gün saat 17:00-da start götürəcək.

Seçilən
2
1
idmanxeber.az

2Mənbələr