AZ

III MDB Oyunlarının könüllüləri üçün təlimlər davam edir - FOTO

Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarının könüllüləri üçün təlimlər davam edir.

İdman.biz xəbər verirki, ümumilikdə təxminən 3000 gənc bu ilin ən iri idman tədbirlərindən birinin bir hissəsinə çevriləcək.

Hazırda hazırlıq və seçimlərin son mərhələsi gedir. Yarışların keçiriləcəyi məkanlarda könüllülər üçün təlimlər təşkil olunur.

Gəncədə sentyabrın 28-də şəhər stadionunda baş tutacaq açılış mərasimində iştirak edəcək könüllülər üçün isə xüsusi məşğələlər keçirilir.

Qeyd edək ki, könüllülük proqramı böyük maraq doğurub: qeydiyyat portalı vasitəsilə 9700-dən çox müraciət daxil olub. Onlardan 7200 namizəd 24 iyunda başlamış müsahibələrdə iştirak edib və seçim prosesi uğurla başa çatdıqdan sonra təlim mərhələsinə start verilib.

Ən çox könüllü – 1250 nəfər – Gəncə şəhərində fəaliyyət göstərəcək, Qəbələdə 600, Şəkidə 350, Mingəçevirdə 255, Yevlaxda 190, Xankəndidə 185, Göygöldə isə 175 könüllü cəlb olunacaq.

Oyunlar zamanı könüllülər idman əməliyyatları, insan resurslarının və işçi qüvvəsinin idarə edilməsi, obyektlərin idarə olunması, tədbirlərin və mərasimlərin təşkili, həmçinin media əməliyyatları üzrə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

İdman.biz

Seçilən
1
6
idman.biz

7Mənbələr