Bakıda Formula 1 həftəsonu davam edir.
Offsideplus.az xəbər verir ki, az əvvəl başa çatan Formula 2 yarışında qələbə DAMS komandasının pilotu Cek Kroufordun olub.
O, bu mövsümkü 3-cü qələbəsini qazanıb.
2-ci yeri Yozua Dürksen, 3-cü yeri isə ötən gün sprintin qalibi olan Dino Beqanoviç olub.
Qeyd edək ki, Formula 1-də əsas yarış bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.